XƏBƏR LENTİ
26 Fevral 2021
25 Fevral 2021



Ağ evi tərk edəndə əynində Amerika markası yox idi – Melania Tramp dünya gündəmində
Maraqli 16:25 / 21.01.2021

Yalnız ABŞ tarixində deyil, dünya tarixində də tayı-bərabəri görülməyən bir dörd il keçirərək dünən rəsmən prezidentlik postunu təhvil verən 45-ci prezident Donald Trampın həyat yoldaşı Melania Tramp dünya mətbuatının gündəminə bomba kimi düşdü.

Dörd il boyunca tez-tez geyimləri ilə gündəm olan Melania Tramp dünən Vaşinqtonu tərk edərkən qapqara bir geyim geyindi. 50 yaşlı Melanianın geyimlərinin əslində bir sərvət olduğu ortaya çıxdı.

Belə ki, sadəcə lüks Avropa mənşəli markalara üstünlük verən Melania Trampın geyimi İtaliyanın "Dolce & Gabbana”, ayaqqabıları Fransanın "Louboutin”, pencəyi isə "Chanel” firmalarına məxsus idi. Ən önəmli detal isə parçası fransız markası olan Hermesin ikonikləşmiş çantası Birkin oldu.

Adını Jane Birkindən alan çantanın hal-hazırda qiyməti 45-75 min dollar arası dəyişir. Beləliklə Melania Tramp Vaşinqtondan təxminən 90 min dollarlıq geyimlə ayrılaraq gündəmi çalxaladı.

Dörd il əvvəl andiçmə mərasiminə dünənki geyimə oxşar bir tərzdə gəlsə də, geyindiyi mavi pencək Amerika markası olan "Ralph Lauren”-dən idi.

Melania Tramp Ağ evi tərk edəndən sonra sonuncu dəfə "Air Force One” təyyarəsinə mindi və Floridaya enərkən isə yenə jurnalistləri təəccübləndirməyi bacardı. O, təyyarədə geyimini dəyişmiş və rəngbərəng bir don geyinmişdi.

Onun təyyarədən enərkən geyindiyi bu geyimin qiyməti isə 5290 dollardır.

 


854 oxunub

InvestAZ