XƏBƏR LENTİ
26 Fevral 2021
25 Fevral 2021



Qazinin oğurlanan pulları ....
HÜQUQ 16:08 / 21.01.2021

Sumqayıt şəhər sakininin bank hesabınından pul oğurlanıb.

Məlumata görə, Vətən uğrunda gedən döyüşlər zamanı yaralanan Qəhrəman Ağacanovun adına yardım üçün bank hesabı açılıb.

Daha sonra həmin bank hesabından yığılan vəsait oğurluq yolu ilə ələ keçirilib.

Q.Ağacanov bu barədə Daxili İşlər Nazirliyinə müraciət edib.

Bildirilib ki, müraciətə dərhal reaksiya verilərək müvafiq araşdırma aparılıb və görülən təxirəsalınmaz tədbirlərlə oğurlanan həmin məbləğ Q.Ağacanova geri qaytarılıb.(Report)


760 oxunub

InvestAZ