XƏBƏR LENTİ
26 Fevral 2021
25 Fevral 2021



"Yatağın birgə istismarı xalqlarımızı daha da yaxınlaşdıracaq”.
Gündəm 16:01 / 21.01.2021

"Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır. Bu da ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq”.

Yenisəs.az  bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki "Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş videokonfransda bildirib.

"Əminəm ki, ölkələrimiz arasında hər səviyyədə, ilk növbədə, prezidentlər səviyyəsində yaxından siyasi əməkdaşlıq olmasa, bugünkü sənəd imzalana bilməzdi,” - Azərbaycan Prezidenti vurğulayıb.


893 oxunub

InvestAZ