XƏBƏR LENTİ
09 Mart 2021
08 Mart 2021
07 Mart 2021
06 Mart 2021



70 ilin cütlüyü bir neçə dəqiqə fərqlə öldü
Maraqli 14:56 / 21.01.2021

70 ildir evli olan amerikalı cütlük Dik və Şerli Muk həyata gözlərini yumub.

Yenisəs.az Publika.az -a istinadən xəbər verir ki, koronavirusa yoluxan 87 və 89 yaşlı cütlük bir neçə dəqiqə fərqlə vəfat edib.

Qeyd edək ki, Ohayoda yaşayan Muk cütlüyü ötən ilin dekabr ayının sonunda evliliklərinin 70-ci ildönümünü qeyd edib.

Onların 5 övladı, 13 nəvəsi və 28 nəticəsi var.

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da epidemiyanın başlanğıcından bəri 24,2 milyondan çox insan koronavirusa yoluxub, 401 mindən çox insan həyatını itirib.


1851 oxunub

InvestAZ