XƏBƏR LENTİ
26 Fevral 2021
25 Fevral 2021



Rusiya TŞ üzvündən Qarabağ açıqlaması
DÜNYA 11:41 / 21.01.2021

Qarabağda nəqliyyat kommunikasiyalarının bərpası Rusiya, İran, Türkiyə və Gürcüstan üçün beynəlxalq tranzitin inkişafına xidmət edəcək.

Yenisəs.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev "Rossiyskaya Gazeta"ya şərhində söyləyib.

Nurqaliyev bölgədəki silahlı qarşıdurmanın isti mərhələsinin sona çatmasının erməni və Azərbaycan xalqı arasında dinc həyat, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi üçün yeni imkanlar açdığını və belə bir yanaşmanın artıq göründüyünü qeyd edib:

"Prioritet olaraq dəmiryol və avtomobil kommunikasiyalarının bərpası Ermənistan və Azərbaycanın maraqlarına uyğundur. Qonşu ölkələr — Rusiya, İran, Türkiyə, Gürcüstan da bu kommunikasiyalardan beynəlxalq tranzitin inkişafı üçün istifadə edə biləcəklər”.

O, Qarabağda uzun müddət davam edən münaqişənin hərtərəfli həlli üçün əsas ilkin şərtlərin yaradıldığını da vurğulayıb.


693 oxunub

InvestAZ