XƏBƏR LENTİ
09 Mart 2021
08 Mart 2021
07 Mart 2021
06 Mart 2021



OYANIM -Əbülfət MƏDƏTOĞLU ("Bir Qadına..." silsiləsindən)
YAZARLAR 11:38 / 21.01.2021

Susuram - ölü dəniz tək
Solub, ağarmış bəniz tək...
Sağ əlini üzünə çək -
Bəlkə ... duanda oyanım...

Bu sükut gözəl, həm də tər
Xatirələr səpilmiş zər...
Saçlarını üstümə sər -
Sən sübh duranda oyanım!..

Qoyma məni qəm təkləsin
Demiyə şum tək ləkləsin...
Seçib ruhumun nəğməsin -
Oxu, Quranda oyanım!..

2564 oxunub

InvestAZ