XƏBƏR LENTİ
26 Fevral 2021
25 Fevral 2021



Den Smiti ABŞ dövlət katibi oldu
DÜNYA 10:11 / 21.01.2021

ABŞ prezidenti Cozef Bayden Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşı, səfir Den Smiti müvəqqəti dövlət katibi vəzifəsinə təyin edib.

Yenisəs.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən xəbər verib.

Bildirilir ki, C.Baydenin daha əvvəl bu vəzifəyə irəli sürdüyü Entoni Blinkenin namizədliyi ABŞ konqresinin Senatı tərəfindən təsdiqlənənə qədər D.Smit bu vəzifəni icra edəcək.

Bundan əlavə, müvəqqəti olaraq maliyyə naziri vəzifəsini Endi Bokol, ədliyyə naziri vəzifəsini isə Monti Uilkinson icra edəcəklər.(teleqraf.com)


649 oxunub

InvestAZ