XƏBƏR LENTİ
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021



Virusdan törəyən bəla
Sağlamlıq 09:16 / 21.01.2021

Antiseptik vasitələrdən istifadə edən zaman diqqətli olmaq lazımdır.

Yenisəs.az Rusiya mətbuatına istinadla xəbər verir ki, həkim-terapevt, immunoloq İrina Yartseva bildirib ki, belə vasitələrin həddən artıq istifadəsi orqanizm və immunitet üçün zərərlidir.

O əlavə edib ki, belə kimyəvi vasitələr zəhərlidir. Onlar insanlar üçün təbii və fizioloji olmadığı üçün narahatlıq yaradır.

Anstiseptiklərdən həddən artıq istifadə edildiyi zaman dəri baryeri pozulduğu üçün nəfəs yolları və burnun selikli qişası zədələnir. "Dəri çox sayda mikroorqanizmlə örtülüdür. İnsan üçün sağlam bakteriyalar məhv olduğu təqdirdə tarazlıq pozulur və boşalan yerlərə göbələklər dola bilir", - deyən həkimin fikrincə, bu zaman müxtəlif dəri xəstəlikləri müşahidə edilə bilər.(publika.az)


684 oxunub

InvestAZ