Bir neçə saat əvvəl ABŞ Prezidenti kimi səlahiyyətləri başa çatmış Donald Tramp ənənəyə uyğun olaraq dövlət başçısı postunda onu əvəzləyəcək Cozef Baydenə məktub yazıb.
Yenisəs.az Publika.az -a istinadən xəbər verir ki, bu barədə "CNN" Ağ Evdəki mənbələrinə istinadla məlumat yayıb.
Ehtimala görə, 45-ci Prezident yazdığı kiçik məktubu Oval kabinetdəki iş masasının yuxarı yeşiyinə qoyub.
Məktubun məzmunu belədir:
"Co, qalib gəldiyimi bilirsən".
Trampın xanımı Melaniya isə öz növbəsində gələcək birinci xanım Cill Baydenə "qısa salamlama məktubu” yazıb.
Qeyd edək ki, Trampla xanımı Baydenin inauqurasiyasını gözləmədən dünən səhər saatlarında Ağ Evi tərk edərək Floridaya yollanıb.