XƏBƏR LENTİ
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021



İtaliya İrəvanı dəvət etmədi - Minasyan
DÜNYA 17:58 / 20.01.2021

Azərbaycan G-20 sammitinə dəvət olunub, Ermənistan isə yox.

Yenisəs.az  Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan teleqram kanalında yazıb.

"İtaliya G-20-də sədrlik etdiyi dövrdə sammitdə iştirak edəcək ölkələri özü seçir və özü üçün vacib olan dövlətləri dəvət edir. İtaliya nə vaxtsa Ermənistanın dost ölkələrindən biri olub, həm kədərdə, həm də sevincdə yanımızda olub. Ermənistana aid məsələlərə balans prinsipi ilə yanaşıb. İndi isə İtaliya Azərbaycanı G-20 sammitinə dəvət edərək, paritet prinsipini təmin etməyə belə nail olmayıb, Ermənistanı sammitə dəvət etməyib. Nikol, XİN, rəsmi xadimlər, ümumiyyətlə, bütün cəmiyyət, dəhşətli bir şeyin baş vermədiyini iddia edir. Bütün bu deyilənlər diplomatiyamızın, xarici siyasətimizin və dövlət təsisatlarının darmadağın olduğunun sübutudur. Özümüz özümüzə hörmət etmədiyimiz müddətdə başqaları da bizə hörmət etməyəcək”, - o yazıb.


849 oxunub

InvestAZ