XƏBƏR LENTİ
05 Mart 2021
04 Mart 2021



İlk dəfədir ki, "Nərimanov" elektrik deposunda şəhidlər belə anıldı
Maraqli 15:08 / 20.01.2021

Artıq bir ilə yaxındır dünyanı cənginə alan COVID-19 infeksiyası təhlükəsinin minimallaşdırılması məqsədilə Bakı metropolitenində də sərnişindaşıma fəaliyyəti zamanla dayandırılıb. Növbəti dəfə belə bir qərar oktyabr ayının 19-da verilib və metropolitenin sərnişinsiz günləri davam edir.

Yenisəs.az Teleqraf.com-a istinadən  xəbər verir ki, bu səbəbdən "20 Yanvar” stansiyası 31 illik tarixdə ilk dəfə şəhid xatirəsinin ovqatına köklənməyib.

Lakin metropoliten bugünkü anım mərasimlərindən kənar qalmayıb. Bu dəfə qatarlardan matəm fiti "Nərimanov” elektrik deposunun yollarında yayılıb. QSC rəhbərliyi və kollektivin nümayəndələri burada Vətənə fəda etmiş bütün şəhidlərimizin ruhunu birdəqiqəlik sükutla yad ediblər.

Depoda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.


1160 oxunub

InvestAZ