XƏBƏR LENTİ
05 Mart 2021
04 Mart 2021



"İnfeksiya idarə olunan səviyyədə baş verəcək..."
KRİMİNAL 13:35 / 20.01.2021

COVID-19 infeksiyası ilə mübarizədə əhəmiyyətli dönüşün baş verəcəyi məhz hazırkı vaksinasiya prosesi ilə əlaqələndirilir. Artıq xəstəliyin yayılmasından 1 il müddətdən artıq keçməsinə baxmayaraq, əhalinin çox cüzi hissəsi yoluxub və təbii immunitet əldə edib. Yəni infeksiyaya həssas insanların sayı bundan qat-qat çoxdur.

Yenisəs.az xəbər verir ki, bunu  Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, vaksinasiyanın müsbət tərəfi kütləvi şəkildə bu prosesi aparmaqla qısa müddət ərzində həssas şəxslərdə xəstəliyi keçirmədən süni immunitet yaratmaq və beləliklə epidemioloji zənciri qıraraq pandemiyanın səngiməsinə nail olmaqdan ibarətdir:

"Vaksinasiyadan sonra infeksiya yox olub getməsə də, daha kiçik miqyasda və idarə olunan səviyyədə baş verəcək. Kollektiv, daha doğrusu populyasion immunitetin formalaşması üçün infeksiyanı keçirmiş və vaksin olunmuş insanların sayı ümumi əhalinin orta hesabla 60-70%-ni təşkil etməlidir. Vaksinasiyanın mərhələlərlə həyata keçirilməsini nəzərə alsaq, bu hədəfə çatmaq üçün müəyyən vaxtın tələb olunduğu aydınlaşır. Onu da qeyd etmək istərdim ki, kütləvi vaksinasiya başlanan ölkələr arasında ilk sıralardayıq və geniş əhali kütləsinin bu prosesə könüllü qoşulmasının təmin edilməsi üçün insanların maarifləndirilməsinə böyük ehtiyac duyulur”
838 oxunub

InvestAZ