XƏBƏR LENTİ
05 Mart 2021
04 Mart 2021



Restoran sahibi saxlanıldı
KRİMİNAL 13:33 / 20.01.2021

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən yanvarın 19-da Corat qəsəbəsi ərazisində qəsəbə sakini İ.Balakişiyevə məxsus restoranın fəaliyyət göstərməsi müəyyən edilib.

Yenisəs.az  Teleqraf.com-a istinadən  xəbər verir ki, İ.Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib.

Orada olan 15 nəfər müştəri barəsində isə protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.


814 oxunub

InvestAZ