XƏBƏR LENTİ
05 Mart 2021
04 Mart 2021



DTX kollegiya üzvləri şəhidlərin xatirəsini andı
Gündəm 13:20 / 20.01.2021

Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Yenisəs.az bildirir ki, Teleqraf.com-un Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumatına görə, 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kollegiya üzvləri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.


924 oxunub

InvestAZ