XƏBƏR LENTİ
05 Mart 2021
04 Mart 2021



Silahlı şəxslər saxlanıldı
KRİMİNAL 12:38 / 20.01.2021

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtda əməliyyat keçirib.

Verilən xəbər   görə , idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Ağayev Binəqədi rayonu ərazisində saxlanılıb.

Ondan "Marqolin” markalı tapança və 44 ədəd patron aşkar edilib.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində yaşayan H.Tumasovdan 3 ədəd patron aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan "Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən N.Əliyev Xəzər rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq, yaşadığı Buzovna qəsəbəsi Albalı bağlar sahəsindəki evdən isə 5 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.( teleqraf.com)



786 oxunub

InvestAZ