Azərbaycanda zəlzələ qeydə alınıb.
Yenisəs.az bu məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət
Mərkəzə istinadən yayır.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 km cənub-şərqdə, Masallı rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 48 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.