XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021
05 Mart 2021



Nyu-Yorkun mərkəzində ixtişaşlar: Etirazçılar saxlanılıb
DÜNYA 14:31 / 19.01.2021

ABŞ-da ictimai etirazlar səngimək bilmir. Bu dəfə "Black Lives Matter” hərəkatı tərəfdarları Martin Lüter Kinqin şərəfinə nümayiş keçiriblər.

Qaradərili vətəndaşların hüquqlarının müdafiəçisi olmuş Kinqin pərəstişkarları Nyu-Yorkun mərkəzində - Manhettendə ixtişaşlar törədiblər. Onlar "Bu bizim küçədir”, "Biz körpünü keçmişiksə, burada qalacağıq” kimi şüarlar səsləndiriblər.

Polis fəal nümayişçiləri saxlayaraq, xüsusi avtobuslara mindirib və hadisə yerindən uzaqlaşdırıb. Fəalların saxlanılması etirazçıları daha da hiddətləndirib və onlar polislə açıq toqquşmaya başlayıblar. Polis çətinliklə etirazçı kütləni dağıda bilib.


905 oxunub

InvestAZ