XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021
05 Mart 2021



Qubada polis gücləndirilmiş iş rejiminə keçdi – Rəsmi
Gündəm 14:05 / 19.01.2021

Qubaya qarın yağması ilə əlaqədar Quba rayon polis şöbəsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.

Bu barədə Yenisəs.az-a Daxili işlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.

Quba rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Belə ki, rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir.

Bundan əlavə şöbə əməkdaşları tərəfindən qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.

Həmçinin Quba rayon polis şöbəsinin post patrul xidməti bölüyünün əməkdaşları da rayon ərazisində xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.


995 oxunub

InvestAZ