XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021
05 Mart 2021



Tramp vida çıxışını yazdı
DÜNYA 10:28 / 19.01.2021

ABŞ-ın hazırkı prezidenti Donald Tramp bazar ertəsi Vaşinqton administrasiyasının başçısı vəzifəsində vida videomüraciətini yazıb.

Yenisəs.az  bildirir ki, Teleqraf.com-un məlumatına görə, bu barədə mənbəyə istinadən CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, videoyazı çərşənbə axşamı elan oluna bilər, hərçənd son müddət hələ müəyyən edilməyib. Qeyd edilir ki, Tramp çıxışında onun fikrincə prezident postunda nailiyyətlərin ən əhəmiyyətlilərini sadalayacaq. Həmçinin müraciətində yeni administrasiya xatırlanır, ancaq seçilmiş prezident Co Baydenin komandası haqqında fikrin konteksti dəqiqləşmir.

Co Baydenin və ABŞ-ın vitse-prezidenti seçilmiş Kamala Harrisin inauqurasiyası yanvarın 20-ə nəzərdə tutulub.


440 oxunub

InvestAZ