XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021
05 Mart 2021



Nazir xanımdan açqlama
Maraqli 10:19 / 19.01.2021

Fransanın vətəndaşlıq naziri Marlen Şyappa 18 yaşınadək qızların ictimai yerlərdə hicab taxmalarına qadağa qoyma təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Yenisəs.az  Teleqraf.com-a istinadən  xəbər verir ki, nazir beş yaşında hicab taxan bir qız görməyi "dözülməz” adlandırıb.

"Hicab geyinmiş beş yaşlı bir uşaqla qarşılaşmaq, iki yaşlı bir qız uşağının arabasında hicabda görmək dözülməzdir”, - Şyappa qeyd edib.

Parlamentdə hicab qadağasının rədd edilməsinə gəlincə, Marlen Şyappa müvafiq komitənin müsəlman nümayəndələrinin də azyaşlı qızların hicab taxmalarını qəbul etmədiklərini deyib.

Uşaqlarının baş örtüyü taxmasını normal hesab edənlərin olduğunu bildiyini söyləyən nazir məsələnin yaxın günlərdə Fransada gündəmdə olacağını da diqqətə çatdırıb.


688 oxunub

InvestAZ