XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021
05 Mart 2021



ÜST Çini günahlandırdı
Sağlamlıq 08:48 / 19.01.2021

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Hazırlıq və Reaksiya təminatı üzrə müstəqil qrupu bildirib ki, Çin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli tədbir görə bilərdi.

Yenisəs.az  Publika.az -a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror” yazıb.

Ekspertlərin fikrincə, epidemiyanın qlobal yayılmasına ilk günlərdə gizlədilməsi səbəb olub.

ÜST-də bildiriblər ki, Çində "erkən siqnallara daha sürətli reaksiya vermək üçün imkanlar vardı".

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Pandemiyanın əvvəlindən dünyada virusa 95 milyon yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 52 milyon insan sağalıb, 2 milyondan çox insan pandemiyanın qurbanı olub.


795 oxunub

InvestAZ