XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021
05 Mart 2021



“Türkiyə liderinin böyük oyunu...” Ərdoğan Fransanı qəzəbləndirdi
SİYASƏT 20:45 / 18.01.2021

Türkiyə Osmanlı İmperiyasının dağılmasından sonra ilk dəfə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Afrikada öz nüfuz dairəsini genişləndirməyə başlayıb. Ərdoğanın "yumuşaq güc” siyasəti ABŞ, Fransa, Çin və Rusiyanın həmlələrinə qarşı yönəlib.

Yenisəs.az  Teleqraf.com-a istinadən  xəbər verir ki, bu barədə "Financial Times” qəzeti yazıb.

Məqalə "Ərdoğanın böyük oyunu” adıyla dərc olunub.

Nəşr Afrika kanallarında türk seriallarının kütləvi yayımına da diqqət çəkib. Mənbə bunun təsadüfi olmadığını, Türkiyənin qitənin yoxsul ölkələrinə etdiyi böyük yardımlardan qaynaqlandığını qeyd edib:

"Osmanlı İmperiyasının çökməsindən sonrakı illərdə Türkiyə Afrikaya böyük ölçüdə məhəl qoyulmadı. Türkiyə rəhbərlər diqqəti Afrikaya yox, Avropaya yönəltməyi seçdilər, lakin son 15 ildə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan sayəsində qitə ilə əlaqələrin canlanmasına rəhbərlik edir. 2009-cu ildən bəri Afrikadakı Türkiyə səfirliklərinin sayı 12-dən 42-yə yüksəlib. Ərdoğan 20-dən çox paytaxta səfərə gedib və bu səfərlər tez-tez baş verir”.

Qəzet Türkiyənin Afrika ilə ticarət həcmini iki dəfə artıraraq 50 milyard dollara çatdırdığını, bunun da Avropa Birliyi ilə Ankara arasındakı mövcud ticarət həcminin üçdə birinə bərabər olduğunu yazıb.
İngilis nəşrinin iddiasına görə, Ərdoğanın Afrika ölkələrinə tez-tez baş tutan səfərləri və qitəyə diqqətini artırması, Fransanı qəzəbləndirir. Mənbə uzun illər Afrikanın bir çox ölkəsini öz müstəmləkəsi altında saxlamış Fransanın bu qəzəbini aşkar şəkildə büruzə verdiyinə də diqqət çəkib.


994 oxunub

InvestAZ