Türkiyə Qarabağ mövzusunda ortaya qoyduğu güclü iradə ilə qətiyyətli mövqeyini dünyaya göstərdi.
Yenisəs.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Türkiyə xarici siyasətində də yeni səhifələr açır. Şərqi Aralıqdan Qarabağa kimi kritik məsələlərdə ortaya qoyduğumuz güclü iradə ilə qətiyyətli mövqeyimizi dünyaya göstəririk. Türkiyə həmlələri ilə müstəmləkə üzərində qurulan əsrlik nizamı pozur”, - Ərdoğan bildirib.