XƏBƏR LENTİ
04 Mart 2021
03 Mart 2021
10:18
02 Mart 2021



“Ərdoğan Qarabağ müharibəsi ilə göstərdi ki...”
SİYASƏT 15:34 / 18.01.2021

Son Qarabağ müharibəsində qeydə alınan Azərbaycan-Türkiyə müttəfiqliyi Orta Asiyanın türk respublikaları üçün nümunə ola bilər.

Yenisəs.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu İran üzrə ixtisaslaşan erməni mütəxəssis Vardan Voskanyan deyib.

Onun fikrincə, həqiqət belədir ki, Türkiyə ən azı Qazaxıstan və Özbəkistana nəzəri baxımdan Moskva ilə ittifaq qədər güclü və hərbi toquşmaların ola biləcəyi təqdirdə uğur hekayəsi əldə etməyin mümkünlüyü göstərə biləcək ciddi kart əldə edib: "Məhz bu konteksdə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar 2020-ci ilin oktyabr ayında bu iki Orta Asiya respublikasına səfəri və hərbi əməkdaşlığa yönələn müqavilələrin bağlanması Ərdoğanın Turan ordusu planının başlanğıc hissəsidir”.

Voskanyan hesab edir ki, Türkiyənin daha fəal siyasət həyata keçirməsinin bir səbəbkarı da Ermənistanın indiki hakimiyyətidir: "Özünü Ermənistanda güc hesab edən xain rejim sayəsində son müharibədəki acı məğlubiyyətimiz Ərdoğanın Rusiya, İran və Çin əleyhinə cəbhələdə imkanlarını reallaşdıra biləcəyinə dair perspektivlər açıb. Bu səbəbdən də Ermənistanın dirçəlişi və bərpası qaçılmaz geopolitik zərurətdir”.


843 oxunub

InvestAZ