Antalya-Moskva reysi ilə hərəkət edən təyyarə eniş mexanizmində yaranan texniki nasazlıq səbəbindən Şeremetyevo hava limanında məcburi qəza enişi edib.
Yenisəs.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Təyyarənin ön eniş mexanizmi idarəetmədən çıxıb, amma buna baxmayaraq, pilot onu normal şəkildə hava limanına endirə bilib.
Qəzanın səbəbləri dəqiqləşdirilir.