XƏBƏR LENTİ
07 Mart 2021
06 Mart 2021
05 Mart 2021



Pompeodan koronavirus açıqlaması
DÜNYA 11:18 / 17.01.2021

ABŞ Dövlət Katibi Mayk Pompeo koronavirusun mənşəyi ilə bağlı yeni iddia irəli sürüb.

Yenisəs.az "Son Dakika"ya istinadla xəbər verir ki, o, koronavirusun (COVID-19) Çinin Vuhan şəhərindəki laboratoriyadan çıxdığını deyib və kəşfiyyat hesabatını açıqlayıb.

"Vuhan laboratoriyasındakı tədqiqatçıların sözlərinə görə, 2019-cu ilin payızında insanların COVID-19-a bənzər simptomlarla xəstələndiklərinə dair dəlillər var. Virusun Vuhandakı laboratoriyadan təsadüfən sərbəst buraxılma ehtimalı tam araşdırılmalıdır. Pekin bu gün dünyanı bu ölümcül və sonrakı virusdan qorumaq üçün alimlərin ehtiyac duyduğu həyati məlumatları gizlətməyə davam edir" - Pompeo bildirib.

Yayımlanan hesabatdan sonra Dünya Səhiyyə Təşkilatına zəng edib. Vuhanın dünyanı yoluxdurma tarixçəsi olduğunu xatırladan Pompeo, laboratoriya ilə COVID-19 arasındakı əlaqənin təcili olaraq araşdırılmasını istəyib.(publika.az)


1027 oxunub

InvestAZ