XƏBƏR LENTİ
09 Mart 2021
08 Mart 2021
07 Mart 2021
06 Mart 2021



Ərdoğan və Əliyev uyğun bilsə, Şuşada... - Baxçalıdan inanılmaz təklif
Gündəm 20:07 / 16.01.2021

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada ibtidai məktəb açmaq arzusunda olduğunu açıqlayıb.

Yenisəs.az  Teleqraf.com -a istinadən xəbər verir ki, bu barədə MHP lideri özünün Tvitter səhifəsində qeyd edib.

"Könülləri riqqətə gətirən Qarabağ zəfəri türk millətinin son illərdə əldə etdiyi ən şanlı uğurlarından biridir. Qarabağın əsarət zənciri sökülüb atıldı. 2020-ci il noyabrın 8-də Qarabağın ürəyi olan Şuşanın xilas edilməsi zülmün müqavimətini qırdı və terrorçu dövlət Ermənistanın şikəst xəyalları suya düşdü. Strateji mövqeyinə görə Şuşa Türk mədəniyyəti və tarixinin simvoludur.

Şuşanın inkişafı və burada yaşayan türk uşaqların gələcəyi hamımızın mənəvi borcumuzdur. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti cənab İlham Əliyev uyğun görərsə, göstərişimlə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada doqquzuncu sinfə kimi məktəb inşa etmək hədəfindəyik. Bu istiqamətdə bütün imkanlarımız səfərbər ediləcək və lazımi tədbirlər görüləcək", - deyə Baxçalı bildirib.

MHP lideri məktəbin təməlinin yanvarın 30-da qoyulmasını istədiyini vurğulayıb:

"Azərbaycanın Dövlət Himni 30 yanvar 1920-ci ildə qəbul edilib. Sözlərin müəllifi şair Əhməd Cavad, musiqisi isə Şuşada doğulan Üzeyir Hacıbəylidir. Arzuladığımız məktəbin adı Üzeyir Hacıbəyov ola bilər, təməli isə 30 yanvarda qoyula bilər".


1999 oxunub

InvestAZ