XƏBƏR LENTİ
02 Mart 2021
01 Mart 2021



Vaksinasiyanın ilkləri
Sağlamlıq 11:28 / 16.01.2021

Pandemiya müddətində bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulu mövcud deyil.

Yenisəs.az Axar.az-a istinadən  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, vaksin strategiyasının məqsədi xəstələnmə və ölüm saylarının aşağı enməsinə Nail olmaqdır:

"İlk olaraq əhalinin risk qrupları, növbəti mərhələdə isə digər qruplar vaksinasiya olunacaq. Vaksinasiya könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələli, ədalətlilik, məsuliyyət və əməkdaşlıq prinsipləri ilə aparılacaq. Strategiyanın əsas vəzifəsi mövcud qanunvericilik bazasına, Üst-ün tövsiyələrinı və beynəlxalq təcrübəyə əsaslanmasıdır".

O qeyd edib ki, strategiyanın hədəf qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupları: "İlk mərhələdə Səhiyyə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ASAN xidmət və DOST mərkəzləri, bank sektorunda çalışan, poçt sahəsində birbaşa olaraq əhali ilə təmasda olan şəxslər vaksinasiya olunacaq. Eyni zamanda yaşı 65-dən yuxarı, 50 yaşdan xroniki xəstəliyi, hemodializ, piylənmə kimi xəstəliyi olanlar bu siyahıya aiddir.

Strategiyanın icrasının gedişi barədə Səhiyyə Nazirliyi mütəmadi olaraq Nazirlər Kabinetinə məlumat verəcək".


785 oxunub

InvestAZ