XƏBƏR LENTİ
09 Mart 2021
08 Mart 2021
07 Mart 2021
06 Mart 2021



Aqil Abbas: - Prezidentin Şuşa səfəri insanlara ruh yüksəkliyi bəxş etdi
Gündəm 11:15 / 16.01.2021

"Ölkə başçısının Şuşaya gedişi çox yüksək səfərdir. Mən bu səfəri iyulda gözləyirdim. Bu barədə qəzetdə də yazmışdım. Çünki Vaqif Poeziya Günləri 1982-ci ilin iyulunda olmuşdu. Ölkə rəhbərinin Şuşaya gedişinə çox sevindim”.

Yenisəs.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında millət vəkili Aqil Abbas ölkə başçısının Şuşaya və Füzuliyə səfərlərini şərh edərkən deyib. O bildirib ki, Prezident Füzulidə beynəlxalq standartlara cavab verəcək aeroportun özülünü qoydu:

"Əgər həmin aeroportun özülünü möhtərəm Prezident qoyubsa, deməli tezliklə tikilib istifadəyə veriləcək. Eyni zamanda, Füzuliyə də, Şuşaya da yeni inşa olunan yolla getdi. Prezidentimiz güllələnmiş abidələrimizi Şuşaya qaytardı. Orada bayrağımızı yüksəltdi. Cıdır düzündə, Vaqifin məqbərəsində oldu. Bülbülün ev muzeyini ziyarət etdi. Üzeyir bəyin evi demək olar ki, təmiz dağılıb”.

Aqil Abbasın fikrincə, ölkə rəhbərinin Şuşaya səfəri insanlarımıza böyük ruh yüksəkliyi verdi:

"Abidələrimiz, tarixi binalarımız bərpa olunacaq. Bununla bağlı ölkə rəhbəri yeni mədəniyyət nazirinə də göstərişlər vermişdi. Orada monitorinqlər aparılır. ISESCO da gəldi, Şuşanı ziyarət etdilər. Bir sözlə, bütün bunlar bizi çox sevindirir. Şuşa Qarabağın əzəli və əbədi paytaxtıdır. Həm də möhtərəm Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Əslində təkcə Azərbaycanın yox, bütün türk dünyasının mədəniyyət paytaxtı olacaq, necə ki əvvəl olub, indi də olacaq”.


1541 oxunub

InvestAZ