XƏBƏR LENTİ
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021



Çavuşoğlu: - Rusiyaya dedik ki, Bakıdan icazə alınmalıdır
Gündəm 09:06 / 16.01.2021

Rusiyaya dedik ki, siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermək sizin məsuliyyətinizdə deyil.

Yenisəs.az  Axar.az-a istinadən  xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

"Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizinə icazə vermə roludur. Bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən dolayı Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır", - Çavuşoğlu qeyd edib.


1274 oxunub

InvestAZ