Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanla bağlı yeni qalmaqallı məlumat yayılıb.
Erməni KİV-ləri xalqın matəmdə olmasına baxmayaraq, Tonoyanın eyş-işrətdən qalmadığını yazıblar.
"Biabırçı Qarabağ məğlubiyyətindən sonra əsas günahkarlardan olan
müdafiə naziri David Tonoyan vəzifədən uzaqlaşdırıldı və daha ortalıqda
görünmədi. Bununla belə, cəmiyyət baş verənlərin izahını tələb etmədi,
Tonoyanın isə xalqın gözündən itməsi ilə barışdı. Onun adı məğlubiyyətin
əsas səbəbkarlarından olan Paşinyan və Qasparyanın yanına qoyulmalı
idi. Ancaq məlum olur ki, Tonoyan 5000 müharibə qurbanının və ya
torpaqların itirməsinin dərdini çəkmir”.
Tonoyanın vəzifədə olduğu vaxt səsləndirdiyi sərsəm bəyanatı ("Yeni
müharibə, yeni ərazilər"-red.) xatırladan erməni jurnalistlər onun on
minlərlə gəncin şikəst qalmasından və faciəvi durumdan narahatlıq
keçirmədiyini bildiriblər.
"Onların ayaqları yoxdur, zədələnmiş orqanları ilə yaşamaq
məcburiyyətindədirlər. Yüzlərlə valideyn oğullarının cəsədlərini tapmağı
xəyal edir. Bu minvalla nazir də öz kefində olub. Onun bir bacısı
qızının nişanı və toyu noyabr ayında, başqa birinin nişanı isə dekabr
ayında baş tutub, daha sonra ona toy ediblər. 31 dekabrda isə Tonoyanın
qızı üçün möhtəşəm bir nişan təşkil edilib. Mənbəmizin verdiyi məlumata
görə, qonşular artıq Tonoyanı hərbçilər binasında da görmürlər. 2 il
ərzində iki mərtəbəli xüsusi bir villa tikdirib ki, bu evdə nişanın baş
tutması ehtimal edilir. Ancaq Tonoyanın bu davranışları təəccüblü deyil․
Sentyabrın 27-i, səhər tezdən müharibə başlayanda, bizim müdafiə
nazirimiz olmuş Tonoyan Bolqarıstandakı dostu və iş ortağı olan David
Qalstyanın ad günündə iştirak edirdi”.
KİV-lər həmçinin Tonoyanın nazirlikdən maaş olaraq 12, 791 241 dram
almasını Ermənistan Dövlət Sosial Fondundan, həmçinin Müdafiə
Nazirliyindən milyonlarla dram məbləğində təqaüd və digər "gəlirlər"
əldə etməsini diqqətə çatdırıb.
Qeyd edilib ki, Tonoyan bu günlər ərzində heç bir cinayət işinə cəlb
edilməyib, araşdırılma aparılmayıb və bu səbəbdən yığdıqlarını hələ də
əyləncə və ev tikməyə sərf edir.(Azvision)
771 oxunub