XƏBƏR LENTİ
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021



Maskadan təkrar istifadənin ciddi fəsadı
Sağlamlıq 17:24 / 15.01.2021

Türkiyəli mütəxəssislər koronavirus pandemiyası ilə həyatın ayrılmaz hissəsinə çevrilən maska, dezinfeksiyaedici, odekolon və sabundan istifadə barədə xəbərdarlıq edib.

Yenisəs.az Teleqraf.com-a istinadən xəbər verir ki, mütəxəssislər bu vasitələrdən istifadə zamanı diqqətli olmağı tövsiyə edir.

Aparılan tədqiqatlara görə, bu dövrdə qədərindən artıq dezinfeksiyaedici məhlul, odekolon, nəm salfet, sabun kimi məhsulların istifadəsi dəri problemlərinin artmasına səbəb olub.

Maskaların istifadəsinə xüsusi diqqət yetirməliyik. Üzdə infeksiyaların artmaması üçün maskalardan yalnız bir dəfə istifadə edilməlidir. Üzündəki infeksiyanın qarşısını almaq üçün maskalar birdəfəlik olmalıdır.

Maska gigiyena baxımından təmiz olmasına baxmayaraq, uzun müddət istifadə edildiyi zaman buxar və temperatur səbəbiylə yağlı dəridə sızanaq əmələ gətirir.

Üz baxımı və maskaları gündəlik qorumaq üçün mütəmadi olaraq yağlı dəridə istifadə olunmalıdır.

Əl təmizlənməsi üçün istifadə etdiyimiz bir çox antiseptik sabun və məhlul həddindən artıq qıcıqlandırıcı maddələr ehtiva edir. Bu qıcıqlandırıcı maddələr dərinin quruluğunu artırır, göbələk infeksiyalarına qapı açır.


797 oxunub

InvestAZ