XƏBƏR LENTİ
02 Mart 2021
01 Mart 2021



Zaxarova Qarabağdan danışdı
SİYASƏT 14:16 / 15.01.2021

Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədr olduğu Dağlıq Qarabağın inkişafı üzrə üçtərəfli işçi qrupu beynəlxalq nəqliyyatın təşkili çərçivəsində nəqliyyat infrastrukturunun bərpası və inşası üçün tədbirlər siyahısını 1 martadək təqdim etməlidir.

Yenisəs.az Publika.az-a istinadən  xəbər verir ki, bunu ənənəvi brifinqində Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, işçi qrupu bu ayın sonuna qədər toplanmalı və bu il martın 1-dək beynəlxalq nəqliyyatın təşkili üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və tikintisi ilə bağlı tədbirlərin siyahısını təqdim etməlidir.

Zaxarova qeyd edib ki, əsas iş sahələrində maddi məsələlərlə məşğul olacaq mütəxəssis alt qruplarının yaradılacağı ehtimal olunur: "Şübhə yoxdur ki, bu layihələrin icrası həm Azərbaycan, həm də Ermənistan tərəfinə və bütün Cənubi Qafqaz bölgəsinə fayda gətirəcək. Bütün dövlətlərin maraqları təmin ediləcək. Xüsusilə, Ermənistanın Azərbaycan ərazisi ilə Rusiya və İrana dəmir yolu çıxışı, Azərbaycanı isə Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək nəqliyyat kommunikasiyaları olacaq”.

Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli danışıqlar aparıldı, bunun ardınca quru və dəmir yolu kommunikasiyalarının blokdan çıxarılmasını nəzərdə tutan ortaq bəyanat qəbul edildi.


628 oxunub

InvestAZ