XƏBƏR LENTİ
05 Mart 2021
04 Mart 2021



Ramzan Kadırovdan çağırış
DÜNYA 14:09 / 15.01.2021

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Avropa Birliyi ölkələrində yaşayan yerlilərinə vətənə dönmək çağırışı ilə müraciət edib.

Yenisəsü.az Teleqraf.com -a istinadən xəbər verir ki, Kadırov Avropaya üz tutan çeçenləri bağışlamağa hazır olduğunu bildirib.

O, respublikada heç bir korrupsiyanın olmadığını, xalqın barışıq içində yaşadığını və "təmiz İslamı” qəbul etdiyini, bu səbəbdən Avropadan qayıdanların evlərində rahat yaşayacaqlarını qeyd edib.

Kadırovun fikrincə, əsl çeçen olmaq üçün yalnız respublikada doğulmalı və ana dilində danışılmalı deyil, həm də "şərəf kodu”na riayət edilməlidir.

Xatırladaq ki, bir neçə gün əvvəl Qroznıda Ramzan Kadırov adına bir məscidin təməli qoyulub. Bununla bağlı verilən açıqlamada respublika rəhbərinin özünün belə bir şərəfdən təvazökarlıqla imtina etdiyi vurğulansa da, sakinlərin adın qalmasında israr etdikləri iddia olunub.

Məlumata görə, Çeçenistanda respublika başçısının adını daşıyan 346 küçə var. 2020-ci ilin sonunda Qroznıdakı yeni idman sarayına Kadırovun 15 yaşlı oğlunun adı verilib.


812 oxunub

InvestAZ