XƏBƏR LENTİ
05 Mart 2021
04 Mart 2021



Zaxarovadan daha bir açıqlama
SİYASƏT 14:04 / 15.01.2021

Rusiya Azərbaycan və Ermənistan ictimai xadimlərinin humanitar təşəbbüslərini alqışlayır.

Yenisəs.az  xəbər verir ki, bunu həftəlik brifinqində Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

M.Zaxarovanın sözlərinə görə, bu cür təşəbbüslər barışıq, inam, qarşılıqlı anlaşma mühitinin formalaşmasına kömək edir: "Biz hər iki şəkildə Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, habelə iki ölkənin birgə humanitar tədbirlərin keçirilməsini alqışlayırıq. Fikrimizcə, bu cür təşəbbüslər barışıq, inam, qarşılıqlı anlaşma mühitinin formalaşmasına kömək edir, həm Azərbaycan, həm də erməni xalqlarına fayda gətirir və prinsip etibarilə bütün Cənubi Qafqaz bölgəsi və bu səbəbdən Rusiya Federasiyası da bundan yararlanır”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Bakı və İrəvan bu istiqamətdə hərəkət etmək üçün səmimi meyl nümayiş etdirərlərsə, Moskva bu cür humanitar aksiyaları birmənalı şəkildə dəstəkləyəcək.(publika.az)


720 oxunub

InvestAZ