XƏBƏR LENTİ
05 Mart 2021
04 Mart 2021



Paşinyanın ailəsi Moskvada alçaldıldı
Maraqli 10:39 / 15.01.2021

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızları Moskva aeroportunda qalmaqalla üzləşiblər.

Yenisəs.az Teleqraf.com -a istinaqdən xəbər verir ki, bu barədə "Mediaport” teleqram kanalı bildirib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub.

Məlumata görə, bundan əvvəl Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına soxulublar.Onlar Anna Akopyanı, qızları Şuşan və Marianı "satqınlar" şüarı ilə qarşılayıblar.

Nikol Paşinyanın ailə üzvləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təxliyə olunublar.

Daha əvvəl teleqram kanal bildirib ki, Paşinyanın arvadı və qızları 10 silahlı mühafizəçinin müşayiəti ilə Rusiya vətəndaşlığını almaq üçün Moskvaya gedib.

Onların Moskvada yaşamaq üçün mənzil axtardıqları da qeyd olunur.


657 oxunub

InvestAZ