XƏBƏR LENTİ
05 Mart 2021
04 Mart 2021



Paşinyan Ermənistanın Elçibəyi oldu - Manukyan
SİYASƏT 13:59 / 14.01.2021

Nikol Paşinyan cəbhədə nələrin baş verdiyini pis baş düşürdü. Bununla belə o, konfliktin qarşısını almaq imkanına sahib idi.

Yenisəs.az Axar.az -a istinadən xəbər verir ki, bunu RBK televiziyasına müsahibəsində Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.

"Rəngli inqilablar dalğası ilə hakimiyyətə əksəriyyəti bacarıqsız olan insanlar gəlir ki, onlar hökumətə rəhbərlik etməyə hazır deyillər. Paşinyan cəmiyyəti keçmiş və indikilərə bölüb”, – deyə o bildirib.

Manukyan eyni şeylərin Ukraynada baş verdiyini deyib.

O, I Qarabağ savaşında Ermənistanın niyə qələbə qazandığını açıqlayıb:

"Birinci Qarabağ savaşı zamanı – 1992-1994-cü illərdə Əbülfəz Elçibəyin Azərbaycana rəhbərlik etməsi bizə çox kömək etdi. O zaman rəngli inqilab termini hələ yox idi, amma bu insan belə baxışların olduğu şəxs idi. İndi Azərbaycan bizim öz Elçibəyimizin olmasından istifadə etdi”.


964 oxunub

InvestAZ