XƏBƏR LENTİ
27 Yanvar 2021
26 Yanvar 2021



Sabiq başçısının oğluna yeni vəzifə verildi
HÜQUQ 15:56 / 13.01.2021

Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarında yeni təyinat alıb.

Yenisəs.az  Report-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə sərəncamda olan Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev N.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Daha sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, R.Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqi vəzifəsindən azad olumuşdu.


901 oxunub

InvestAZ