XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



Bakı metrosu fəaliyyətə başlayacaq
Gündəm 13:44 / 13.01.2021

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyətinin bərpa olunacağı əsas müzakirə olunan məsələlərdən birinə çevrilib.

Yenisəs.az  Axar.az-a istinadən  xəbər verir ki, bunun üçün Nazirlər Kabineti yanında Operativ Qərargah hələlik qərar açıqlamayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı.vs-ə bildirib ki, yanvarın 18-də metronun açılması ilə bağlı Operativ Qərargah tərəfindən məlumat daxil olmayıb:

"Biz həmişəki qaydada fəaliyyətimizə davam edirik. Pandemiya və karantin rejimi ilə bağlı bütün qərarları Operativ Qərargah verir. Əgər hər hansı ikinci qərar olmasa, yanvarın 31-i saat 6-da metro fəaliyyətə yenidən başlayacaq".

Qeyd edək ki, 2020-ci il ərzində metropoliten 202 gün ümumiyyətlə sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərilib.


434 oxunub

InvestAZ