XƏBƏR LENTİ
27 Yanvar 2021
26 Yanvar 2021



Türkiyədə fəsadlar törədən yağış
DÜNYA 09:01 / 13.01.2021

Türkiyənin Mərmərə bölgəsində gecə saatlarında yağmağa başlayan aramsız yağış bir sıra fəsadlar yaradıb.

Yenisəs.az  Publika.az -a  istinadən  xəbər verir ki, yağan yağış səbəbindən ölkənin Edirnə və Kırklareli vilayətlərinin küçə və prospektlərində iri gölməçələr yaranıb. Bir çox ev, iş yerləri və əkin ərazilərini su basıb. Vətəndaşlar evlərindən çıxmaqda çətinliklərlə qarşılaşıblar. Hazırda yaranan vəziyyətin aradan qaldırılması və bir çox avtomobili yağış sularından çıxarılması istiqamətində işlər aparılır.

Analoji vəziyyət İzmir şəhərində də müşahidə edilib. Maşınlar su alqtında qalıb.

Hidrometeoroloqlar yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildirirlər.

Ümumiyyətlə bölgədə yanvarın 14-dən etibarən qar yağacağı gözlənilir.


524 oxunub

InvestAZ