XƏBƏR LENTİ
27 Yanvar 2021
26 Yanvar 2021



Putin FTX-ni önə çəkir
SİYASƏT 08:51 / 13.01.2021

Ermənistanda daxili siyasi mübarizə nə qədər güclü olarsa, regional sülh prosesinin irəliləməsi bir o qədər ləng olacaq. Bunun fonunda Bakı və İrəvan nümayəndələrinin iştirakı ilə danışıqlar aparmaq çətin olacaq. Bu, həmçinin Moskva üçün də müəyyən çətinliklər yaradır.

Yenisəs az Axar.az -a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, iqtisadçı Mixail Neyjmakov üçtərəfli danışıqlarının yekunlarını şərh edərkən deyib.

"Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu işə başlayacaq, hətta müvafiq tədbirlərin siyahısı və qrafikini (birgə bəyanatda deyildiyi kimi) təqdim edəcək, amma Bakı ilə İrəvan arasında qarşılıqlı inamsızlıq bu planların gerçəkləşdirilməsini ləngidəcək. Çox güman ki, bu cür nəqliyyat dəhlizləri üzrə yüklərin və sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi üçün sonrakı zəmanətlər üzrə danışıqlar fəallaşacaq, bu təminatların reallaşdırılmasında isə Rusiya strukturları mühüm rol oynayacaq. Təsadüfi deyil ki, üçtərəfli görüşdən öncə Cənubi Qafqazdakı vəziyyətlə bağlı keçirilmiş iclas barədə rəsmi məlumatda ilk söz FTX-nin direktoru Aleksandr Bortnikova verildi. Ola bilsin ki, gələcəkdə nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi zamanı koordinasiya məsələləri çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əlaqələrə toxunulsun”, - o bildirib.


479 oxunub

InvestAZ