XƏBƏR LENTİ
27 Yanvar 2021
26 Yanvar 2021



Qadın və uşaq sığınacağına hücum
KRİMİNAL 16:30 / 12.01.2021

Bakıda qadın və uşaq sığınacağına hücum olub.

Bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıb. Həmçinin sığınacağın qadın əməkdaşına da xəsarət yetirilib: "Qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər. Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu ailə haqqında tədbir görülsün. Artıq polisə məlumat verilib".(Report)


485 oxunub

InvestAZ