XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



Putin Qarabağla bağlı iclas keçirdi
SİYASƏT 08:51 / 11.01.2021

Rusiya Prezidenti Vladimir Putin Qarabağ məsələsi ilə bağlı iclas keçirib.

Adalet.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Bildirilir ki, Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla bu gün  Moskvada baş tutacaq görüş ərəfəsində Dağlıq Qarabağ məsələsinin nizamlanması və Cənubi Qafqazdakı vəziyyətlə bağlı toplantı keçirib.

İclasda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak ediblər.
 


765 oxunub

InvestAZ