XƏBƏR LENTİ
27 Yanvar 2021
26 Yanvar 2021



Əbülfət MƏDƏTOĞLU - Könüldən könülə ... ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 09:57 / 08.01.2021


Günüm keçir haqqım olan acıyla...
Sən uzaq dur, bu acıma görükmə!
Əyləndiyin tellərinin ucuyla -
Od çatdığın ürəyimi körüklə...

Qan səpibdi gözlərimə. gecəm. qan
Səhərimi tor içində süzürəm...
Boğulmağı unudaraq, dən inan -
Bəbək dolu yaş içində üzürəm...

Tikan üstə rəqs eləyir bax hər hal...
Oynadığı musiqi də sükutdu..
Gözləmədi ifa bitsin, o dərhal -
Dönüb getdi, əl çalmağı unutdu...

...Nə bir alqış...nə bir baxış... eh nə də
Uzatmadı bircə tel də saçından...
Tək sevgimdi hələ qalan təhnədə -
O sevgiylə mən ölmərəm acından!


949 oxunub

InvestAZ