Ötən il yaddaşımızda çətin bir sinaq ili oldu, bizə çox çətin idi, lakin göründüyü kimi, lazımi dərsi aldıq.
Yenisəs.az Axar.az -a istinadən xəbər verir ki, bunu Moskva və Bütün Rusun patriarxı Kirill koronavirus infeksiyasının yaratdığı çətinliklərdən danışarkən bildirib.
"Ümid edirəm ki, siz və mən bu dərsi başa düşdük. Bu gün başımıza gələn hər şeydən nəticə çıxararaq rifahımızı yüksəldəcəyik. Böyük bir sınaq olan bu virus tədricən ortadan qalxır. Ümid edirik ki, bu belədir. Bu xəstəliyi nəhayət məğlub etmək üçün bütün təlimatları yerinə yetirməyə davam etməlisiniz", - Kirill qeyd edib.