XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



Emin Piri: "Xalqa minnət qoymaq ayıbdı"
Gündəm 08:54 / 07.01.2021

Sosial şəbəkələrdən izlədiyim qədər bir-iki məsələyə aydınlıq gətirmək istərdim. 

Heç bir halda heç kim bu xalqa minnət qoya bilməz. İstər qazisi, istər yaralısı. Zatən baş verənlər Xalq üçün idi... Qız, qadın, uşaq, qoca getməli deyildi ki. Dövlətdən kim nəsə istəyir o ayrı məsələ. Dövlət ayrı, Xalq ayrı. Amma xalqa minnət qoymaq ayıbdı. Həmçinin bu xalqın bizə necə dəstək olduğunun şahidiyik. Boğazından kəsib bizə göndərirdi.

Digər məsələyə keçək. Təbii ki, hər müharibənin fürsətcilləri olur, olacaq da. Əlində benzin butulkası ilə gəzib ordan-burdan nəsə istəyənlər və.s. (gələcək illərdə şahidi olacağımız olaylar) Onlara görə də hamını qınamaq lazım deyil. Hər kəsi adıyla çağırmaq lazımdı.


1205 oxunub

InvestAZ