XƏBƏR LENTİ
04 Mart 2021
03 Mart 2021
10:18
02 Mart 2021



Erməni meyitləri tapıldı
MƏMLƏKƏT 10:30 / 06.01.2021

Hadrut və Cəbrayıl rayonlarında aparılan axtarışlar nəticəsində daha 9 erməni hərbçisinin meyiti tapılıb.

Yenisəs.az  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bununla da Qarabağda meyitləri tapılan ermənilərin sayı 1 175 nəfərə çatıb.

Qeyd edilir ki, hazırda axtarış işləri Talış, Hadrut, Füzuli və digər istiqamətlərdə davam etdirilir.

Xatırladaq ki, Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərin valideynləri dəfələrlə Ermənistanın müvafiq dövlət orqanlarının binaları qarşısında etiraz aksiyaları, habelə hökumət rəsmiləri ilə görüşlər keçirərək övladlarının tapılmasını tələb ediblər.

Daha əvvəl Cəbrayılda və Xocavənddə də erməni hərbçilərin meyitləri tapılıb.(publika.az)


1037 oxunub

InvestAZ