XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Qarabağda daha 400 hektar ərazini təmizlədi
MƏMLƏKƏT 11:33 / 03.01.2021

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər.

Yenisəs.az  Publika.az -a  istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. 16 mindən çox partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib", - deyə nazirliyin məlumatında bildirilir.

Qeyd olunub ki, sülhməramlılar ərazilərin minalardan təmizlənməsi zamanı "Uran-6" robot sistemlərindən istifadə edirlər.


1805 oxunub

InvestAZ