XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Qarabağa qaytarılan ermənilər
MƏMLƏKƏT 14:06 / 02.01.2021

Rusiya sülhməramlılarının müşayiəti ilə daha 60-a yaxın erməni avtobuslarla İrəvandan Xankəndinə gətirilib.

Yenisəs.az  Publika.az-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, məlum razılaşmadan sonra bu günə kimi 47 mindən çox erməni Dağlıq Qarabağa qaytarılıb.

Bütün təmas xətti boyunca atəşkəs müşahidə olunub.

Sülhməramlılar 405,3 hektar ərazini, 160,3 km yolu, 617 yaşayış binasını, o cümlədən 22 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyiblər. 17 215 partlayıcı obyekt aşkar edilib və zərərsizləşdirilib.

Bu günə kimi qaynar xəttə itkin düşənlərlə bağlı 554 müraciət daxil olub.


5868 oxunub

InvestAZ