XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



Azərbaycan mədəniyyətinə BÖYÜK İTKİ
MƏDƏNİYYƏT 10:35 / 31.12.2020

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ağaxan Şərifov dekabrın 31-də 58 yaşında dünyasını dəyişib.

Yenisəs.az Publika.az -a istinadən xəbər verir ki, bu barədə aktyorun həmkarı Elçin İmanov məlumat bildirib.

Onun sözlərinə görə, A.Şərifov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, A.Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. O, Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən isə Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru idi. Burada səhnə fəaliyyətinə başlayandan biri-birindən maraqlı obrazlar yaratmışdı. Eyni zamanda "Nə gözəldir bu dünya...” (1999), "Əlavə təsir” (2010), "Yazıçı” (2013) kimi filmlərdə çəkilmişdi.

Allah rəhmət eləsin!


1425 oxunub

InvestAZ